“Bu gün bir çoxları sabiq Prezident Mixeil Saakaşvilinin əfv edilməsi ilə bağlı suallar verir. Cavab sadədir: yox və heç vaxt”.
Bunu M.Saakaşvilinin Tbilisidə həbs edilməsinə münasibət bildirən Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. O, sabiq Prezidentin həbsinə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.
S. Zurabişvili qeyd edib ki, M.Saakaşvilinin həbsi dövlət və onun institutlarının çökmədiyini, əksinə gücləndiyini göstərir.