Saakaşvili oktyabrda Gürcüstana qayıdacağını açıqladı:"Həbsdən qorxmuram, xalq məni azad edəcək"

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili oktyabrın 2-nə təyin olunan yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak üçün vətənə qayıdacağını açıqlayıb.

“Mən Gürcüstanda keçiriləcək seçkilərə gələcəyəm və xaricdə yaşayan bütün soydaşlarımızı da dəvət edirəm, kimin imkanı varsa, seçki günlərində Gürcüstana gəlsin, işlərinizi təxirə salın və təyyarə, avtobus, qatarla gəlin, amma gəlin”, – deyə Saakaşvili Facebook-da yayımlanan video mesajında ​​bildirib.

Eks-prezident Gürcüstanda barəsində açılmış cinayət işinə toxunaraq bildirib ki, həbsdən qorxmur: “Mən həbs olunmaqdan qorxmuram. Çünki gürcü xalqının özünü və məni azad edəcəyinə əminəm. Taleyimi gürcü xalqına həvalə etməkdən qorxmuram”.

Saakaşvili əlavə edib ki, marşrutunu və dəqiq gəlmə tarixini daha sonra ictimaiyyətə açıqlayacaq.(SİA)

Bazar ertəsi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvilinin gəlişini çox səbirsizliklə gözlədiyini və ona “zəngin bağlar kolleksiyası” hədiyyə edəcəyini və “onu təmir edilmiş həbsxanaya salacağını” söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atamın sağalması üçün möcüzə lazımdır…”-

Sonrakı məqalə

Türkiyə Laçında Azərbaycanla birgə keçirilən təlimlə bağlı məlumat yaydı