Saakaşvili reanimasiyaya yerləşdirildi

Gürcüstan Penitensiar Xidməti huşunu itirərək yıxılan eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb.

Məlumata görə, Saakaşvilinin vəziyyəti stabildir və vəkili Nika Qvaramiya onun yanındadır.
Qvaramiya isə jurnalistlərə açıqlamasında bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb.
Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi veriləcək

Sonrakı məqalə

Ceyhun Bayramov və ABŞ Dövlət katibinin köməkçisi sərhəddəki gərginliyi müzakirə edib