“Saakaşvili Ukraynanı tərk etməyib…” –

Gürcüstan DİN
01 Oktyabr 2021 - 15:53

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynanı tərk etməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksander Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, məlumat Ukrayna tərəfi ilə kommunikasiya nəticəsində əldə edilib: “Saakaşvili Gürcüstanın dövlət sərhədini keçməyəcək. Bizim Ukrayna tərəfi ilə aktiv kommunikasiyamız var və biz əminliklə deyə bilərik ki, o, Ukrayna sərhədini tərk etməyib”.