“Saakaşvili Ukraynanı tərk etməyib…” –Gürcüstan DİN

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynanı tərk etməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksander Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, məlumat Ukrayna tərəfi ilə kommunikasiya nəticəsində əldə edilib: “Saakaşvili Gürcüstanın dövlət sərhədini keçməyəcək. Bizim Ukrayna tərəfi ilə aktiv kommunikasiyamız var və biz əminliklə deyə bilərik ki, o, Ukrayna sərhədini tərk etməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda oktyabrın 3-dən intensiv yağış, dağlıq rayonlara qar yağacaq –

Sonrakı məqalə

“Saakaşvili Qaçaq Nəbi kimi gizlənəcək, yoxsa Pənah Hüseyn kimi başına parik taxacaq?” –