Saakaşvili Zelenskinin vəzifə təklifini qəbul edib

Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə M. Saakaşvili bu gün “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüş öncəsi bildirib.

“Mən Prezident Zelenskinin təklifini qəbul etdim”, – deyə Gürcüstanın sabiq Prezidenti vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AXC-nin işğalında Türkiyə faktoru –

Sonrakı məqalə

“49 mənzili olan vətəndaş da 190 manat almaq üçün müraciət edib” –