Saakaşvilini ABŞ və İsveçrədən olan mütəxəssislər müayinə edəcək- Açıqlama

ABŞ və İsveçrədən olan mütəxəssis və ekspertlər Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sağlamlıq vəziyyətini yoxlayacaqlar.

Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Şalva Xaçapuridze məlumat verib.

“ABŞ-dan psixiatr, nevroloq və qastroenteroloq, eləcə də İsveçrədən bir insan hüquqları eksperti, məhkəmə-tibb eksperti və digər məhkəmə eksperti gələcək. Onlar Mixail Saakaşviliyə baş çəkəcək, onu müayinə edəcəklər”, – Xaçapuridze bildirib.

Mütəxəssislərin səfərinin iki gün davam edəcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Hindistanın kino aktyorları Bakıya gəlib

Sonrakı məqalə

Bakıda “Yüngül cinayətlər” restoranında ağır hadisə baş verib –