Saakaşvilinin ailəsi onu ziyarət edib –

Keçmiş arvadı gəlməyib
11 Oktyabr 2021 - 16:01

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin ailəsi onu həbsxanada ilk dəfə ziyarət edib.

Sabiq Prezidentin anası Qiuli Saakaşvili, oğulları Eduard Saakaşvili və Nikoloz Saakaşvili 12 saylı Rustavi cəzaçəkmə müəssisəsində M. Saakaşvilini ziyarət ediblər.

Görüşdən sonra mətbuata açıqlama verən Qiuli Saakaşvili oğlunun uzun müddətdir aclıq aksiyası keçirməsindən narahat olduğunu bildirib.

Qeyd edək ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.