Saakaşvilinin ailəsi onu ziyarət edib –Keçmiş arvadı gəlməyib

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin ailəsi onu həbsxanada ilk dəfə ziyarət edib.

Sabiq Prezidentin anası Qiuli Saakaşvili, oğulları Eduard Saakaşvili və Nikoloz Saakaşvili 12 saylı Rustavi cəzaçəkmə müəssisəsində M. Saakaşvilini ziyarət ediblər.

Görüşdən sonra mətbuata açıqlama verən Qiuli Saakaşvili oğlunun uzun müddətdir aclıq aksiyası keçirməsindən narahat olduğunu bildirib.

Qeyd edək ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüb

Sonrakı məqalə

Zakir Həsənov Xəzərdə təlimlərin gedişini izləyib