“Saakaşviliyə qarşı qərəzsiz davranmağa çağırırıq” –ABŞ-ın Gürcüstandakı səfiri

Cənab Saakaşvilinin səhhətindən dolayı narahatıq və ona lazımi diqqət göstərildiyinə əmin olmaq üçün Vaşinqton da daxil olmaqla, vəziyyəti aktiv şəkildə izləyirik”.

Azpost.info InterPress.ge-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Mixeil Saakaşviliyə Gürcüstan qanunvericiliyinə və beynəlxalq insan hüquqları praktikasına müvafiq şəkildə davranılmalıdır: “Mən Avropa hüquq eksperti deyiləm, lakin biz Gürcüstan hakimiyyətini cənab Saakaşviliyə ədalətli, qərəzsiz, Gürcüstan qanunvericiliyinə və beynəlxalq insan hüquqları praktikasına müvafiq şəkildə davranmağa çağırırıq.

Eyni zamanda onu da deməliyik ki, Ukrayna vətəndaşının qorunmuş olması Ukraynanın marağındadır. Biz tibb sahəsinin nümayəndələrinə müraciət edir, cənab Saakaşvilinin vəziyyətini yaxından izləməyə və müvafiq xidmətlər göstərməyə çağırırıq.

Mən səhiyyə eksperti deyiləm, lakin ombudsman da dedi ki, Saakaşvilinin qaldığı müəssisədə Saakaşvilinin ehtiyac duya biləcəyi tibbi imkanlar mövcud deyil. Son təyinedici istənilən pasiyentin ehtiyyac duyduğu müalicə olmalıdır. Sizdə ədalətli və qərəzsiz yanaşmağa dair konsultasiya verəcək tibb mütəxəssisləri var “-deyə Kelli Deqnan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağsuda dövlət idarəsini yandıran şəxs saxlanılıb

Sonrakı məqalə

“Manat ucuzlaşır…Heç olmasa abrına qısılıb susmaq lazımdır” –