Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18° isti, gündüz 23-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq, atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 70-75 %, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 30-34° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 21-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.