Sabah Bakıda hava küləkli olacaq-Rayonlara yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.  

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz  20-25 dərəcə  isti olacaq.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tovuz və Gədəbəydə mövqelərimizi pulemyot və qumbaraatanlardan atəşə tutub

Sonrakı məqalə

Azərbaycan vətəndaşı İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü –