Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Sabah dövlət qulluğuna qəbul imtahanı keçiriləcək-

User 17 Dekabr 2022 - 11:35 (Last updated: 21 May 2025 - 20:15)
imtahan

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 18-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

DİM-dən  bildirilib ki, imtahana qeydiyyat noyabrın 18-dən dekabrın 6-dək aparılıb və bu müddət ərzində 2500 namizəd qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Bu imtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak üçün ümumilikdə 206 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahanının keçirilməsi üçün ümumilikdə 31 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 229 nəzarətçi müəllim, 21 buraxılış rejimi əməkdaşı ayrılıb.

Post navigation

Previous: Lukaşenko Roma Papasını Belarusa dəvət edib
Next: Banklardakı əmanətlərin 61,4 faizi milli valyutada qoyulub

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.