Sabah hava necə olacaq?- PROQNOZ

10 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ssabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz  40-45 faiz təşkil edəcək.

İyunun 10-da Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında  meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Özümüzü maska taxmaqla, sosial məsafəni gözləməklə, gigiyenaya əməl etməklə, evdə qalmaqla qorumalıyıq”

Sonrakı məqalə

“Allergik xəstəlikləri koronavirus infeksiyasından ayırd etmək vacibdir”