Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistanın Baş nazir müavinləri görüşəcək

Sabah Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.

News.am-ın məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi açıqlama verib.

Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşmışdı.

Əvvəlki məqalə

“Gələn il Rusiyada vəziyyət daha da ağırlaşacaq, hazır olmalıyıq” –

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib