“Sabah” “Qarabağ”a qalib gəlibPremyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Abdullah Xaybullayev vurub.

Bakı klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.

Günün ilk görüşündə Yevlaxda “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda meydan sahibi komanda 14 xalla sonuncu – 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.