Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Kiyevdə silahlı hücum nəticəsində 6 nəfər ölüb, yaralılar var

User 18 Aprel 2026 - 20:13
ter esas

Ukraynanın paytaxtı Kiyevin Qolosiyevski rayonunda baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat yayıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun “Telegram”da yaydığı məlumata görə, hücum edən şəxs Qolosiyevski rayonunda yerləşən supermarketdə gizlənib və xüsusi təyinatlı dəstə tərəfindən keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Nazir bildirib ki, hüquq-mühafizə orqanları əvvəlcə hadisəni törədən şəxslə danışıqlar aparmağa çalışıb, lakin o, girov götürdüyü şəxsləri buraxmayıb və saxlanılarkən polis əməkdaşına atəş açıb. Bundan sonra mağazaya hücum təşkil olunub.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə isə, hadisə nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında bir uşağın da olduğu qeyd edilir.

“Unian” yazır ki, silahlı şəxs əvvəlcə Kiyevin Demeevka ərazisində küçədə insanlara atəş açıb.

Daha sonra o, supermarketə daxil olub. Polis əməkdaşları onu təslim olmağa çağırsa da, bu cəhdlər nəticəsiz qalıb. Yerli mənbələr hücumdan əvvəl şəxsin yaşadığı mənzili yandırdığını da qeyd edir.

Mediada yayılan məlumatlara görə, hücum edən şəxs 58 yaşlı Moskva əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Qeyd olunur ki, o, əvvəlcə Donetsk vilayətinin Baxmut şəhərində yaşayıb, daha sonra isə Kiyevin Qolosiyevski rayonuna köçüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzPost.az

Post navigation

Previous: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Next: “Sabah” “Qarabağ”a qalib gəlib

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.