Sabaha olan hava proqnozu

Azərbaycanda mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 20-25° isti, Bakıda gecə 13-15°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 26-31° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Əvvəlki məqalə

Avropa İttifaqı ilə əməkdaşlıq Komitəsinə yeni rəhbər təyin edilib

Sonrakı məqalə

“Rusiya sanksiyalardan ciddi zərər görür” –