Sabiq Baş nazir Olimpiadanın açılışına qatılmaqdan imtina edib

Yaponiyanın sabiq Baş naziri Şinzo Abe Olimpiadanın açılış mərasiminə qatılmayacaq.

Sabiq Baş nazir yüksək səviyyəli qonaq qismində Tokio Olimpiadasının açılış mərasiminə dəvət olunmasına baxmayaraq, tədbirdə iştirak etməkdən imtina edib.

Bildirilir ki, hökumətin sabiq başçısı bu barədə qərarını Tokioda hələ də davam edən fövqəladə vəziyyət rejimi ilə əsaslandırıb. Xatırladaq ki, koronavirus pandemiyasına görə, həm açılış mərasimində, həm də yarışların əksəriyyətində adi vətəndaşların iştirakına icazə verilməyəcək. Bunu əsas gətirən Ş.Abe adi Yaponiya vətəndaşlarının qatıla bilmədiyi tədbirdə iştirakdan imtina edib.

Qeyd edək ki, Tokio Olimpiadası 202-ci il iyulun 24-dən avqustun 8-dək keçirilməli idi. Lakin koronovirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Eyni zamanda, təşkilatçılar əcnəbi həvəskarların və yerli tamaşaçıların da Tokioda və daha altı prefekturada Olimpiya tədbirlərinə buraxılmaması barədə qərar qəbul ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Sonrakı məqalə

İrandan Azərbaycana ixracın həcmi 14 faiz artıb