Azərbaycanda maliyyə nazirinin müavini vəzifəsində çalışmış sabiq dövlət qulluqçusu Nailə Bağırova vəfat edib.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
81 yaşında dünyasını dəyişən N.Bağırova 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Məişət Xidməti naziri vəzifələrində işləyib.
2016-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə “3-cü dərəcəli Vətənə Xidmət” ordeni ilə təltif olunub.
Nailə Bağırova “Şərəf nişanı”ordeni ilə təltif edilib. Onun adı İngiltərədə çıxan “Dünyanın işgüzar qadınları” kitabına salınıb.
Allah rəhmət eləsin!