Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.
Azpost.onfo Unikal.org-a istinadən xəbər verir ki, keçmiş məmur hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə saxlanılıb.
Qeyd edək ki, S. Müslümov DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Həbs xəbərini S.Müslümovun yaxınları təsdiqləyiblər.
**
Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov bu haqda məlumatları təkzib edib: “Guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıb bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.