Sabiq Ombudsman Elmira Süleymanova vəfat edib –Vİda mərasimi keçirilir /YENİLƏNİB

Təzə Pir məscidində Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

Vida mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

 

**

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

O 87 yaşında dünyasını dəyişib.

 

Elmira Süleymanova Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) olub. O, 1937-ci ildə Bakıda anadan olub. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxuyub. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi alıb.

Elmira Süleymanova 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) olub.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.