Sabiq prezidentin oğlu İsrailin yeni prezidenti seçilib

İsrailin yeni prezidenti seçilib.

Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.

Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

Prezidentlik postuna iki namizəd var idi – “Əmək” partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tövlədə saxlanılan qadının kimliyi bilindi –

Sonrakı məqalə

YAP Türkiyədə Ərdoğanın partiyası ilə əməkdaşlıq protokolu imzalayıb