Sabirabadda bacı və qardaş Kür çayında batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Ərdoğan Qarabağdan, Qafqazdan və Ukraynadan danışdılar

Sonrakı məqalə

Prezident İlham Əliyev Kraliça II Elizabetə başsağlığı verib