Putin və Ərdoğan Qarabağdan, Qafqazdan və Ukraynadan danışdılar

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasına dair işlərlə bağlı fikir mübadiləsi aparılıb. Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir bildirilib. 

 Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranını da müzakirə edib. Türkiyə Prezidentinin xahişi əsasında V. Putin Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb. Bildirilib ki, münaqişənin həlli ilə bağlı 2015-ci ildə əldə olunan Minsk razılaşmalarının alternativi yoxdur. 

Eyni zamanda, Ukrayna tərəfinin Minsk razılaşmalarının həyata keçirilməsindən boyun qaçırması, son günlərdə təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təhlükəli təxribatlarının yenidən başlanması ilə bağlı narahatlıq ifadə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə ordularının birgə hərbi təlimləri başa çatıb –

Sonrakı məqalə

Sabirabadda bacı və qardaş Kür çayında batıb