Şabranda doğum evində ana və uşaq ölümü ilə bağlı araşdırma aparılır- TƏBİB

Şabranda doğum evində ana və uşaq ölümü ilə bağlı müvafiq araşdırma aparılır.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

*************

Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, 9 aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb. Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının 3-cü hamiləliyi olub. K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

“Müharibəyə başlasa, NATO-ya 300 min əsgər göndərməyə hazırıq”

Sonrakı məqalə

Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək