Saç tökülməsi bu xəstəliklərin əlaməti ola bilər - Nə vaxt narahat olmalıyıq?

Saç tökülməsi stress, vitamin çatışmazlığı, qalxanabənzər vəz və daxili orqanların xəstəliklərinin əlaməti ola bilər.

Azpost.info xəbər verir ki, dermatoloqlara görə, dərmanlar da saç tökülməsinə səbəb ola bilər.

Androgenetik alopesiya ilə saçlar nazikləşir, zəifləyir və müəyyən nahiyələrdə sonda tökülür. Uzun müddətli saç tökülməsi hallarının 90 faizə qədəri bu xəstəliklə bağlıdır.

Orqanizmdə maddələr mübadiləsi pozulanda da, problemlərə ilk reaksiya verən saçlar olur: qırılır, tökülür. Bu, daha çox tiroid xəstəlikləri, anemiya, xroniki infeksiyalar, birləşdirici toxuma xəstəlikləri və mədə-bağırsaq patologiyaları zamanı baş verir.

Düzgün qidalanmamaq, pəhriz saxlamaq da saç tökülməsinə səbəb ola bilər. Pəhriz zamanı qidalardan məhrum olan saç kökləri vaxtından əvvəl ölür. C, B5, B6, PP vitaminlərinin və dəmir, sink, kalsium və maqneziumun olmaması saç köklərinin vəziyyətinə pis təsir göstərir. Yaxud gündəlik rasion vitaminlərlə zəngin olsa belə, siqaret, alkoqol və bəzi dərmanların qəbulu onların udulmasına mane ola bilər.

Adətən insan gündə 40-100 tük itirir. Mütəxəssislər qeyd edir ki, saçda problem olub-olmadığını yoxlamaq üçün saçın bir telini (təxminən 50-60 ədəd) baş dərisinə mümkün qədər yaxın tutmalı və saç boyunca dartmalısınız. Əgər əlinizdə 5-dən az tük qalırsa, o zaman narahat olmağa heç bir əsas yoxdur.

Azpost.info

Əvvəlki məqalə

“Hər dəfə o filmə baxanda kədərlənirəm…” –

Sonrakı məqalə

“Daşkəsən, Kəlbəcər, Gədəbəy və Şuşadakı mövqelərimiz atəşə tutulub”