Sadır Japarovun Bakıda rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğız Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Əvvəlki məqalə

Rusiya Ukraynanın Donbasdakı müdafiəsini yarmaq istəyir –

Sonrakı məqalə

Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub