Rusiya Ukraynanın Donbasdakı müdafiəsini yarmaq istəyir –Britaniya kəşfiyyatı

Rusiya Ukraynanın şərq sərhədindəki hərbi mövcudluğunu artırmaqda davam edir.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın Ukrayna müdafiəsini yarmaq səyləri ilə əlaqədar olaraq Donbasda döyüşlər intensivləşir.

Əlavə olunub ki, Rusiyanın Kiyevin şimalından çəkilməsindən sonra Ukraynanın şimalındakı hava aktivliyi azalıb və bunun belə qalacağı ehtmial edilir.

“Lakin bütün Ukrayna ərazisində prioritet hədəflərə qarşı yüksək dəqiqliyə malik raket zərbələri riski hələ də var”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Rusiyanın Ukrayna şəhərlərinə hücumları onun Kiyevin ölkənin şərqini gücləndirmə və silahlandırma fəaliyyətlərini pozmaq niyyəti daşıdığını göstərir.

Əvvəlki məqalə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb

Sonrakı məqalə

Sadır Japarovun Bakıda rəsmi qarşılanma mərasimi olub