Şadlıq saraylarında toy zamanı ventilyator və sərinkeşlərdən istifadə qadağan edilib

22 İyun 2021 - 15:22

Şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsi təmin olunmalıdır.

Bu “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər” də əksini tapıb.

Qeyd olunub ki, şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində ventilyator və sərinkeşlərdən istifadə edilməməlidir.