Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şağan Pansionatında antisanitariya –

User 09 Sentyabr 2025 - 12:20 (Last updated: 09 Sentyabr 2025 - 11:36)
saqan pansionat

Şağan Reabilitasiya Pansionatında xəstələrə təqdim edilən yeməkxana xidmətində ciddi nöqsanlar müşahidə olunub.

AzPost-un əldə etdiyi məlumata görə, pasiyentlərdən biri müalicə aldığı müəssisədə təmizliyin vəziyyətindən narazı qalaraq prosedurlardan imtina edib.

Vətəndaş bildirib ki, pansionatın yeməkxanasında ona dəfələrlə çirkli çəngəl-bıçaq və yağlı ləkələrlə qalmış qab-qacaq təqdim olunub. İlk dəfə bu halı müşahidə edən pasiyent məsələni sakit şəkildə yeməkxana nəzarətçisinə çatdırsa da, ertəsi gün vəziyyət təkrar olunub. Onun sözlərinə görə, qablar sanki yalnız suya salınıb çıxarılır, lakin təmizlənmir.

Şikayətçi qeyd edib ki, növbəti dəfə eyni problemlə üzləşdikdə direktorun qəbuluna gedib. Lakin rəhbərliyin vədinə baxmayaraq, real tədbir görülməyib. Nəticədə pasiyent ərizə yazaraq müalicədən imtina edib və pansionatı tərk edib.

Vətəndaş həmçinin vurğulayıb ki, ölkədə müxtəlif xidmət sahələrində dəfələrlə oxşar vəziyyətlə rastlaşıb: “Getdiyim hər yerdə problem olur. Çalışıram haqqımı tələb edim, amma heç bir nəticə olmur. Əksinə, məni ‘deyingən’ kimi göstərirlər”.

O, sosial şəbəkə vasitəsilə dost-tanışa müraciət edərək ölkədən getmək, xaricdə işləmək üçün dəstək istəyib: “Əgər imkan olsa, Avropa, Amerika və ya başqa normal iş şəraiti olan ölkəyə gedim, başım dinc qalsın”.

Məsələ ilə bağlı pansionat rəhbərliyi hər hansı açıqlama verməyib.

AzPost.az

Post navigation

Previous: Avropa İttifaqında rekord sayda zavod və fabriklər bağlanır
Next: Şeyxülislam Qırğızıstana səfərə gedir

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.