Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır –

Nazirlik
10 İyun 2021 - 12:11

İyunun 10-u saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 17 iyun 2021-ci il tarixinədək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. İyunun 17-dən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.