Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

12 sentyabr saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaponiyada pişik “Ginnesin rekordlar kitabı”na düşüb –

Sonrakı məqalə

Prezident Administrasiyasına yeni sektor müdiri təyin olunub