Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Sağlam yuxu: Nə qədər yatmaq lazımdır? –

User 01 Yanvar 2025 - 10:53 (Last updated: 21 May 2025 - 20:15)
Yuxusuzluq

Yuxusuzluq

Yuxu insan həyatının vacib bir hissəsini təşkil edir. Lakin bu sahədə geniş yayılan yanlış inanclar sağlamlığımız üzərində mənfi təsir göstərə bilər.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, psixoloq Ceremi Din yuxu ilə bağlı geniş yayılan yanlış inancları və onların elmi izahını təqdim edib.

1. Xoruldamaq. Xoruldamaq adi hal kimi qəbul edilsə də, xroniki xoruldama yuxu apnesinin göstəricisi ola bilər. Bu, arterial təzyiq, ürək xəstəlikləri və gündəlik yorğunluğa səbəb ola bilər. Xüsusən tıxanma və boğulma səsləri müşahidə edilirsə, mütləq həkimə müraciət olunmalıdır.

2. Yuxunun bərpa edilə biləcəyi inancı. Həftə ərzində az yatıb, həftə sonları uzun müddət yatmaqla bu fərqi bağlamaq “mümkündür” düşüncəsi yanlışdır. Yuxu rejimindəki qeyri-sabitlik xroniki yorğunluğun mənfi təsirlərini aradan qaldıra bilmir. Sağlam həyat tərzi üçün yuxu rejimində müntəzəmlik vacibdir.

3. Yaşlıların daha az yuxuya ehtiyacı olduğu fikri. Yaşlıların yuxuya daha az ehtiyac duyduğu inancı elmi əsaslara söykənmir. Hər yaşdan insanın gecə ən 7-9 saat yuxuya ehtiyacı var. Yaşlıların daha erkən oyanması, yuxu ehtiyaclarının azalması anlamına gəlmir.

4. Yatmazdan əvvəl alkoqolun rahatladıcı olduğu düşüncəsi. Alkoqol yuxuya getməyi asanlaşdırmaq təsiri bağışlasa da, emosional və zehni istirahəti təmin edən yuxu mərhələsinə zərər verir. Bu, yorğun və narahat oyanmağa səbəb olur. Daha sağlam yuxu üçün bitki çayları kimi alternativlər tövsiyə edilir.

5. İşıqlı otaqda yuxunun zərərsiz olması fikri. İşıq yuxu dövrünü tənzimləyən melatonin hormonunun sintezini azaldır. Yatmaq üçün tam qaranlıq mühit tövsiyə olunur. Televizor, kompüter və telefonların yaydığı işıqlar da yuxuya getməyi çətinləşdirir.

6. Az yatmağa alışmağın mümkün olması. Az yatmağa alışdığını düşünən insanlar, idrak performansı, əhval-ruhiyyə və ümumi sağlamlıq baxımından mənfi təsirlərə məruz qalırlar. Keyfiyyətli və kifayət qədər yuxu həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir.

7. Günorta yuxusunun gecə yuxusunun yerini tuta biləcəyi inancı. Qısa müddətli günorta yuxusu performansı artıra bilər. Lakin bu, gecə yuxusunun yerini tuta bilməz. Yuxu rejiminin təbii ritmini qorumaq üçün günorta yuxularının müddətinə və vaxtına diqqət yetirilməlidir.

8. İstənilən vaxt və yerdə yuxuya getməyin sağlamlıq göstəricisi olması düşüncəsi. Tez yuxuya getmək, əslində, yuxusuzluğun və ya yuxu pozğunluğunun əlaməti ola bilər. Sağlam şəkildə yuxuya getmə müddəti adətən 10-20 dəqiqə arasında olmalıdır.

9. Gecə idmanının yuxuya təsir etmədiyi barədə yanlış düşüncə. İdman ümumilikdə yuxu keyfiyyətini artırsa da, gec saatlarda edilən intensiv məşqlər yuxuya getməyi çətinləşdirə bilər. Daha erkən saatlarda yüngül fiziki fəaliyyət yuxuya müsbət təsir edir.

10. Həddindən artıq yatmağın faydalı olduğu inancı. Normadan artıq yuxu depressiya, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır. Yaş, genetik faktorlar və həyat tərzi yuxu ehtiyacını fərqləndirsə də, balans qorunmalıdır. Böyümə dövründə olan uşaqlar üçün təxminən 10 saat, böyüklər üçün isə 7-9 saat yuxu kifayət edir.

Yuxu yalnız istirahət üçün deyil, ümumi sağlamlıq və həyat keyfiyyətinin qorunması üçün vacibdir. Yanlış inanclardan uzaq duraraq yuxu rejimini elmi məlumatlara əsasən tənzimləmək həyata müsbət təsir göstərə bilər. Unutmamaq lazımdır ki, keyfiyyətli yuxu lüks deyil, zərurətdir.

Post navigation

Previous: Bu ölkələr də Şengen zonasına daxil oldu
Next: Minlərlə insan Fələstinə dəstək yürüşünə başlayıb

Oxşar xəbərlər

neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00
market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.