Sahibkarlar “bələdiyyə vergisi”ndən daha qaça bilməyəcəklər –Vergilər Nazirliyi yerli idarəçilərə köməyə gəlir

Vergilər Nazirliyi bələdiyyələrə mədən vergisi, turizm obyektlərində xidmət göstərən şəxslərdən isə ödənişləri toplamasına dəstək verəcək.

Azpost.info APA-ya istinadən bildirir ki, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.

Məruzədə qeyd edilib ki, yerli büdcənin gəlir mənbələrindən olan mədən vergisi, həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi vəziyyəti təhlil edilib. Aşkar olunan çatışmazlıqların və qanunsuzluqların aradan qaldırılması  üçün tədbirlər həyata keçirilib.  Bələdiyyələrə yerli vergi və ödənişlərin yığımı sahəsində yaranmış borcların məcburi tutulmasını təmin etmək məqsədilə pul tələbləri üzrə inzibati akt qəbul edilməsi ilə bağlı qanunvericiliklə yerli özünüidarəetmə orqanlarına verilmiş səlahiyyətlərdən istifadə edilməsi tövsiyə edilib, ayrı-ayrı bələdiyyələrə bu cür aktların hazırlanmasında zəruri metodik kömək göstərilib.

Məruzədə nəzərə çatdırılır ki, mədən vergisi ödəyiciləri və mehmanxana, sanatoryia-kurort və turizm xidməti göstərən şəxslər tərəfindən bəyannamələrin ümumiyyətlə, təqdim edilmədiyi hallarda bələdiyyələr yaranmış borcun məbləği barədə təsdiqedici məlumatlara malik olmadığından pul tələblərinin icrasına dair inzibati akt qəbul edə bilmirlər:  “Yerli ödənişlərin ödəyiciləri tərəfindən müvafiq hesabatların verilməsinin qanunla müəyyən edilməsi, eləcə də vergi hesabatları ilə yanaşı yerli ödənişlər üzrə hesabatların da təqdim edilməməsinə görə məsuliyyətin müəyyən edilməsi göstərilən problemin həllinə müsbət təsir edə bilər. Habelə mədən vergisi ödəyiciləri və mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin dövlətin vergi orqanına təqdim etdikləri bəyannamələrdə istehsal edilən yerli tikinti materialının həcmi və mehmanxana, sanatoriya-kurort və turizm obyektlərində gecələyən şəxslərin sayı göstəriləcəyi təqdirdə bələdiyyələr tərəfindən həmin məlumatların vergi orqanlarından çox asanlıqla əldə ediləcəyi nəzərə alınaraq hazırlanmış təkliflər Vergilər Nazirliyi tərəfindən müsbət qiymətləndirilib. Vergilər Nazirliyi tərəfindən aparılacaq təkmilləşdirmə tədbirləri çərçivəsində məsələyə baxılacağı bildirilib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın Nyu-York ştatında 1550 nəfər koronavirusdan ölüb

Sonrakı məqalə

Fransada son bir gündə daha 499 nəfər koronavirusdan ölüb