ABŞ-ın Nyu-York ştatında 1550 nəfər koronavirusdan ölüb

ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan ölənlərin sayı 1218-dən 1550 nəfərə çatıb.

Bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında deyib. Nyu-York ştatı hazırda ABŞ-da koronavirus epidemiyasının episentri hesab olunur.

Kuomonun sözlərinə görə, ştatda ümumilikdə 75 795 nəfər virusa yoluxub. 771 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Nyu-York şəhərində isə 43 139 koronavirus daşıyıcısı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NATO Dağlıq Qarabağdakı “seçkiləri” tanımadı

Sonrakı məqalə

Sahibkarlar “bələdiyyə vergisi”ndən daha qaça bilməyəcəklər –