Diana, Reyqan, Kim Çen In…- Tramp məşhurların ona yazdığı şəxsi məktubları satışa çıxarır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhurların ona göndərdiyi 150 şəxsi məktubu ictimailəşdirəcək.

Azpost.info xəbər verir ki, Tramp bu məktubları kitab şəklində dərc etdirəcək.

“Trampa məktublar” adlı kitabda prezidentlərin, kral ailəsinin, məşhurların və sahibkarların məktubları yer alacaq.

Trampın bu məktubları son 40 ildə qoruyub-saxladığı 1000-dən çox məktubun arasından seçib. Keçmiş prezident kitabda onların hər biri üçün müəllif şərhi yazacaq və fotolar əlavə edəcək.

Məktubların müəllifləri arasında Riçard Nikson, Ronald Reyqan, Bill Klinton, şahzadə Diana və Kim Çen In da var.

“Trampa məktublar” aprelin 25-də satışa çıxarılacaq və bir imzalı kitabın qiyməti 399 dollar olacaq.

Azpost.info

Əvvəlki məqalə

Qida sahəsindəki 11 müəssisədə nöqsanlar aşkarlanıb

Sonrakı məqalə

Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib