Salyanda qonşusunu öldürən qatil saxlanılıb

Salyanda qətl törədən şəxs saxlanılıb.

Ötən gün Salyan rayonunun Boranıkənd kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu, 1979-cu il təvəllüdlü Əhədov Rəşad Sədyar oğlu tərəfindən bıçaqlanıb.

Bıçaqlanan şəxs Salyan  rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunaraq reanimasiya şöbəsinə köçürülüb. Bir müddət sonra çoxlu qan itirən yaralı aldığı ağır xəsarətlərdən orada keçinib.

Qətli törədən R. Əhədov polis tərəfindən saxlanılıb. (APA)

Faktla bağlı Salyan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kral gözdən düşmüş sevimli məşuqəsini bağışladı –

Sonrakı məqalə

“Ermənistan su ehtiyatlarından ekoloji terror vasitəsi kimi istifadə edir” –