Şamaxı rayonunda intihar hadisəsi baş verib.
Şamaxı şəhər sakini, 1942-ci il təvəllüdlü İsmayılova Atlaz Şahbala qızı özünü rayon ərazisində yerləşən Kür-Araz adlanan gölə ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Ahıl yaşlı qadının özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.