Şamaxıda gün ərzində ikinci dəfə zəlzələ olub

20 Noyabr 2021 - 19:24

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km. olub.