Şamaxıda maşın dərəyə aşdı, 70 yaşlı qadın öldü
Şamaxının Qızmeydan kəndi ərazisində “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, qəza nəticəsində 1956-cı il təvəllüdlü Şövkət Aslanova hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
