Samuxda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

22 Avqust 2021 - 09:00

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qarayeri qəsəbə sakini Cavid Məmmədovun, ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.