Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

User 04 İyun 2026 - 20:19 (Last updated: 04 İyun 2026 - 21:21)
6a21a5719a5d16a21a5719a5d217805899376a21a5719a5ce6a21a5719a5d0

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan biznes dialoqu keçirilib.

Tədbirdə çıxış edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iki ölkə arasında siyasi, ticarət-iqtisadi əlaqələrinin inkişaf templəri, ortaq layihələr, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq barədə danışıb.

Rusiya ilə Azərbaycan arasında ticarətdə milli valyutalarla aparılan əməliyyatların həcminin artdığı qeyd olunub.

Bildirilib ki, Rusiya-Azərbaycanla ikitərəfli əlaqələri kompleks şəkildə inkişaf etdirməyi hədəfləyir.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iki ölkə arasında siyasi dialoqun inkişafından danışıb.

Səfir bildirib ki, Bakı və Moskva hazırda ikitərəfli münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsinin aktiv mərhələsindədir.

O, çıxışında ikitərəfli gündəliyin bütün sahələrində müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib.

Səfir təsdiq olaraq, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iyul ayında Moskvaya qarşıdan gələn işgüzar səfərini, iyulun ortalarında Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclasının və bu payızda keçirilməsi planlaşdırılan Azərbaycan-Rusiya Regionlararası Forumunun keçiriləcəyini bildirib.

R. Mustafayev onu da əlavə edib ki, təhlükəsizlik və hüquq-mühafizə orqanları arasında da aktiv dialoq və qarşılıqlı fəaliyyət aparılır.

Səfir çıxışında Rusiya Federasiyasındakı Azərbaycan icmasının vəziyyətinə də toxunub və qeyd edib ki, Rusiyadakı Azərbaycan icmasının – həm Rusiya, həm də Azərbaycan vətəndaşlarının – rifahı və onların hüquq və mənafelərinə riayət olunması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

“Bu, bizim üçün çox vacib məsələdir və biz Rusiya Xarici İşlər Nazirliyinin buna diqqət yetirməsinə ümid edirik. Rusiyadakı Azərbaycan icması dost ölkələrimiz və xalqlarımız arasında dialoq və əməkdaşlıqda mühüm amildir”, – o deyib.

Tədbirdə Rusiya-Azərbaycan İşgüzar şurasının fəaliyyətindən danışılıb. Qarşılıqlı investisiya qoyuluşu, iki ölkənin biznes dairələrinin əməkdaşlığının müsbət dinamika göstərdiyi qeyd olunub.

APA

AzPost.az

Post navigation

Previous: Arıqlamanı sürətləndirən 6 amil hansılardır?
Next: Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Oxşar xəbərlər

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
ceyhun alman xin
  • Siyasət

Ceyhun Bayramov Almaniyanın xarici işləri naziri ilə görüşüb

User 18 Noyabr 2026 - 10:50
ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.