Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Şanxay Əməkdaşlıq Təşkilatının liderləri Tyanjin sammitinə toplaşır

Orkhan Ali 29 Avqust 2025 - 10:01 (Last updated: 29 Avqust 2025 - 10:01)
sanxay teskila

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan bütün ölkələrin dövlət başçıları avqustun 31-də Çinin Tyanjin şəhərində işə başlayacaq sammitdə iştiraklarını təsdiqləyiblər. AzPost xəbər verir ki, bu barədə təşkilatın baş katibi Nurlan Yermekbayev RİA “Novosti”yə açıqlamasında bildirib.

Sammitin iki gün davam edəcəyi, əsas müzakirə mövzularının regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və təşkilatın genişlənməsi perspektivləri olacağı gözlənilir.

Hazırda ŞƏT-in üzvləri sırasında Rusiya, Hindistan, Qazaxıstan, İran, Çin, Pakistan, Tacikistan və Özbəkistan yer alır. 2024-cü ilin 4 iyul tarixindən etibarən Belarus da təşkilatın tamhüquqlu üzvünə çevrilib.

Bundan başqa, Ermənistan, Azərbaycan, Şri-Lanka, Nepal, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Kamboca təşkilatın tərəfdaş ölkələri kimi iştirak edir.

Sammitdə hər bir üzv dövlətin liderinin bir masa arxasında əyləşməsi, həm ikitərəfli, həm də çoxtərəfli formatda görüşlər keçirməsi planlaşdırılır.

AzPost.az

Post navigation

Previous: Kontakt Home-un Nərimanov filialından narazılıq
Next: Əmanət təminatlı kredit

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.