“Saqqalın qırxılmasına qadağa rəsmi mövqeyimiz deyil” –Taliban

Əfqanıstanın bəzi əyalətlərində saqqalın qırxılmasına və qadınların smart telefon istifadə etməsinə qoyulan qadağalar “Taliban” hərəkatının rəsmi mövqeyi deyil”.

Bu barədə “Tolo News” telekanalı Əfqanıstanın müvəqqəti hökumətinin Mədəniyyət və İnformasiya Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İslami İstiqamət Nazirliyinin rəsmiləri Əfqanıstanın Hilmend əyalətində kişilərin bərbər salonlarında saç düzümü etməməyi və saqqalı qırxmamağı tövsiyə ediblər.

Sosial şəbəkələrdə yayılan sərəncamda bərbər salonlarında musiqi səsləndirilməməsi tələbi də yer alıb.

Bundan əlavə, telekanalın məlumatına görə, Kapisa, Hilmend və Təxar əyalətlərində qadınların smartfon istifadə etməsini qadağan edən bir məktubun yayıldığı iddia edilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“YouTube” seçki nəticələrinə şübhə yaradan videoları qadağan edib

Sonrakı məqalə

Şimali Koreya naməlum raket buraxıb