“Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getdi” –PAŞİNYANDAN İTTİHAMLAR

Ermənistan Baş naziri Nikol Paşinyan öz sələfi Serj Sarkisyanın Qarabağ ətrafında danışıqlar prosesi ilə bağlı ona pis miras qoyduğunu bildirib.

“Sputnik Armenia” xəbər verir ki, o, bu barədə “Hökumət saat”ında çıxışı zamanı deyib.

“Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulyasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”.

Paşinyan, çoxunun hazırkı hakimiyyəti Qarabağın Azərbaycanın ərazisi kimi tanımasına görə tənqid etməsinə cavab olaraq keçmiş hakimiyyəti nümunə gətirib: “Bunu bir neçə dəfə desəm də, konkret demək istəyirəm. Hansısa hökumət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdımı? Bəli, bu Vardan Oskanyanın (Robert Koçaryan dövründə XİN başçısı) zamanı olub. Çünki o zaman Madrid prinsiplərini danışıqlar üçün əsas kimi qəbul edəndə Ermənistan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı”.

Paşinyan Vardan Oskanyan və sabiq Prezident Robert Koçaryanla yanaşı, sabiq XİN başçısı Edvard Nalbandyan və eks-prezident Serj Sarkisyanı da təqsirli bilib: “Buna görə də onlar hazırkı hakimiyyətin üstünə hər hansı təqsiri qoymalı deyil. İndi isterik açıqlamalar vermək lazım deyil”.

Əvvəlki məqalə

Dilənçilərə qarşı kobudluq edən iki polis vəzifədən azad edilib

Sonrakı məqalə

İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib