İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib

İran ərazisində 5,1 bal gücündə zəzələ baş verib.

Bu barədə Milli Seysmologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:51-də Naxçıvan stansiyasından 92 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu gün saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub.

Əvvəlki məqalə

“Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getdi” –

Sonrakı məqalə

ABŞ səfirliyi yeni bina tikmək üçün Bakıda torpaq almaq istəyir