“Ermənistanın eks-prezident Sarkisyan dedi ki, “İsgəndər” raketini atıblar, lakin o, təəssüf edir ki, neft kəmərlərimizi “İsgəndər”lə vurmayıblar”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Prezident İlham Əliyev bildirib ki, əli günahsiz Xocalı qurbanlarının qanına bulaşmış müharibə cinayətkarı Sarkisyan Paşinyanı neft kəmərlərimizi vurmamaqda ittiham edir.