Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel 2024-cü ilin yayında keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etmək niyyətini açıqlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “La Libre” yazır.
“Avropa seçkilərində Belçika İslahat Hərəkatı partiyasının] siyahısına rəhbərlik edəcəyəm” – o deyib.
Şarl Mişel parlamentə seçiləcəyi təqdirdə, mandatının bitməsinə bir neçə ay qalmış – iyulda Aİ Şurasındakı vəzifəsini tərk edəcək.
Avropa Parlamentinə seçkilər 2024-cü il iyunun 6-dan iyunun 9-dək keçiriləcək.
Mişel seçilərsə, iyulun 16-da parlamentari kimi and içənə qədər Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini icra edəcək. Dediyinə görə, onun varisi iyunun sonu – iyulun əvvəlində seçiləcək.
Ş.Mişel 2019-cu ilin dekabrından vəzifəsini icra edir. Ondan əvvəl bu postu Donald Tusk tuturdu.
Azpost.info