Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Seçiklərdə iştirak edən partiyalara pul nə üçün verilməyib? –

User 08 May 2025 - 16:54 (Last updated: 21 May 2025 - 20:48)
Dövlət idarələrində

Dövlət idarələrində

Seçkiyə qatılıb parlamentdə təmsil olunmayan partiyalara maliyyə yardımı ayrılmamasına aydınlıq gətirilib.

Maliyyə Nazirliyindən bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.

2025-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 6 milyon manat nəzərdə tutulub və həmin vəsait qanunvericiliyə uyğun olaraq Milli Məclisdə təmsil olunan, həmçinin irəli sürdüyü namizədləri keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin təmsilçiliyi olmayan siyasi partiyalar arasında bölüşdürülür.

Qeyd edilib ki, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz: “Həmin partiyalara il üzrə təqdim edilmiş maliyyə hesabatında göstərilən illik daxilolmaları nəzərə alınmaqla vəsaitin partiyalar arasında bölüşdürülməsi təmin edilir. Təqdim olunmuş hesabatda illik daxilolmaları mövcud olmayan sözügedən siyasi partiyalara vəsaitin ayrılması nəzərdə tutulmur”.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalara dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında bərabər bölünməlidir. 2025-ci ildə partiyalar üçün 6 milyon manat vəsait ayrılıb. Bu vəsaitin müvafiq olaraq 130 min manatı Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiya arasında bərabər bölünməlidir.

AzPost.az

Post navigation

Previous: İncəsənət xadimlərinə Prezident mükafatı verildi –
Next: Paşinyan Moskvaya gedib

Oxşar xəbərlər

ilham vyetnam bas nazir
  • Siyasət

İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşüb

User 20 Noyabr 2026 - 09:36
ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

User 19 Noyabr 2026 - 14:20

xƏBƏR

tramp f
  • Dünya

“Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış

User 20 Noyabr 2026 - 09:57
ABŞ prezidenti Donald Tramp Avropa liderlərini Rusiya ilə razılaşma əldə etməyə çağırıb. O, Kiyevə dəstək üçün xərclənən...
Read more about “Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış
Uşaqların boyunun uzanması üçün nə yemək lazımdır? korpe
  • Maraqlı

Uşaqların boyunun uzanması üçün nə yemək lazımdır?

User 20 Noyabr 2026 - 09:46
Trampı Çindən “Qiyamət günü təyyarəsi” müşayiət edib – Səbəb nədir? tramp teyare qiyamet gunu
  • Dünya

Trampı Çindən “Qiyamət günü təyyarəsi” müşayiət edib – Səbəb nədir?

User 20 Noyabr 2026 - 09:42
İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşüb ilham vyetnam bas nazir
  • Siyasət

İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşüb

User 20 Noyabr 2026 - 09:36
Dolların bu günə olan məzənnəsi valyuta
  • İqtisadiyyat

Dolların bu günə olan məzənnəsi

User 20 Noyabr 2026 - 09:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.